...

Bakıda avtomobil hissələri oğurlayan şəxs tutulub

Hadisə Materials 10 Dekabr 2012 11:33 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, avtomaşınlardan açarseçmə və şüşəni sındırma yolu ilə oğurluq etməkdə şübhəli bilinən Məmməd Əzimov dekabrın 9-da tutulub.
Bakıda avtomobil hissələri oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bakıda avtomobil hissələri oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, avtomaşınlardan açarseçmə və şüşəni sındırma yolu ilə oğurluq etməkdə şübhəli bilinən Məmməd Əzimov dekabrın 9-da tutulub.

Məlum olub ki, o, oktyabrın 17-nə keçən gecə 12-ci mədəndə Ədib Cabbarova məxsus "VAZ-2106" markalı avtomaşından açarseçmə yolu ilə maqnitafon və akkumlyator, H.Sultanov küçəçində Çingiz İsgəndərova məxsus "VAZ-21013" avtomaşından akkumlyator, oktyabrın 17-si saat 12 radələrində Sülh küçəsində Zaur Hüseynova məxsus "VAZ-2106" avtomaşından akkumlyator oğurlayıb.

Daha sonra, oktyabrın 18-nə keçən gecə D.Bednıy küçəsində Təzəbəy Ağayevə məxsus "VAZ-21011" markalı avtomaşından akkumulyator və elektrik alətləri, Asif Ağayevə məxsus "VAZ-2106" markalı avtomaşından akkumulyator, sənədlər və geyim əşyaları, Əhsən Teymurova məxsus "VAZ-2103" markalı avtomaşından akkumlyator, Məmmədyarov küçəsində Kamil Həsənova məxsus "VAZ-2102" markalı avtomaşından akkumlyator və maqnitafon, Asif Alışova məxsus "VAZ-2106" markalı avtomaşından akkumlyator, Stansiyayanı küçəsində Məhərrəm İsmayılova məxsus "VAZ-2106" markalı avtomaşından akkumlyator və 2 təkər, Elşən Sadıxova məxsus "VAZ-2103" markalı avtomaşından akkumlyator, Elman Qafarova məxsus "VAZ-2102" markalı avtomaşından akkumlyator, 2 ədəd səsgücləndirici və 3 ədəd ayaqqabı götürüb.

Noyabrın 22-nə keçən gecə isə Ə.Kərim küçəsində Məhəmməd Quliyevə məxsus "VAZ-2106" markalı avtomaşından şüşəni sındırma yolu ilə maqnitafon və manitor oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti