Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ağdaş şəhərində torpaq uçqunu baş verib, 2 nəfər xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdaşda qazıntı işləri zamanı torpaq uçqunu baş verib.
Nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ərazidə qazıntı işləri aparan şirkətdə fəhlə işləyən 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdirma aparılır.