Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ər arvadını bıçaqlayıb.
Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 16-da yaşayan Elxan Umarov aralarında baş verən mübahisə zəminində arvadı Pərvanə Umarovaya bıçaq xəsarəti yetirib.
Pərvanə Umarova xəstəxanaya yerləşdirilib. Umarov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.