...

Bakıda yaşayış evində yanğın olub, ev sahibi ölüb

Hadisə Materials 26 Dekabr 2012 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində yanğın olub, ev sahibi ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də saat 14.30 radələrində Sabunçu rayonu ərazisində yaşayan Valeriy Hüseynovun evində yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş ev sahibi orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti