...

Coratda və Xəzərdə tiryək və həşiş saxlayanlar tutulublar

Hadisə Materials 8 Yanvar 2013 12:59 (UTC +04:00)
Coratda və Xəzərdə tiryək və həşiş saxlayanlar tutulublar.
Coratda və Xəzərdə tiryək və həşiş saxlayanlar tutulublar

Azərbaycan, Bakı, 8 yanvar / Trend müxbir M.Əliyev/

Coratda və Xəzərdə tiryək və həşiş saxlayanlar tutulublar.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini Əşrəf Cavadovun evinə baxış zamanı 1 kiloqram 15,57 qram tiryək, 5 ədəd şpris, müxtəlif növ dərman pereparatları və narkotik vasitə hazırlamaq üçün qazan aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsi 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Şahrza Ağayevdən 2 kiloqram 10 qram həşiş götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti