...

“Türk Hava Yolları”nın təyyarəsini ildırım vurub

Hadisə Materials 18 Yanvar 2013 11:05 (UTC +04:00)
Ötən gecə "Türk Hava Yolları"na məxsus İstanbul-Antalya aviareysini həyata keçirən təyyarəni ildırım vurub.
“Türk Hava Yolları”nın təyyarəsini ildırım vurub

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Tağıyeva /

Ötən gecə "Türk Hava Yolları"na məxsus İstanbul-Antalya aviareysini həyata keçirən təyyarəni ildırım vurub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Habertürk" qəzeti xəbər yayıb.

İldırım vurması nəticəsində təyyarə zədələnib. Hadisə təyyarə Antalyada yerə enməkdə olarkən baş verib, buna görə də hava gəmisi uğurlu eniş edib.

Nəticədə xəsarət alan olmasa da, hadisə sərnişinlər arasında təşviş yaradıb.

Təyyarənin göyərtəsində 69 sərnişinin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti