...

2012-ci ildə Bakıda 40-a yaxın şəxs avtobus sürücülərinin qurbanı olub

Hadisə Materials 18 Yanvar 2013 11:45 (UTC +04:00)
2012-ci ildə Bakıda avtobuslarla vurulanların sayı 160-a yaxın olub.
2012-ci ildə Bakıda 40-a yaxın şəxs avtobus sürücülərinin qurbanı olub

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/

2012-ci ildə Bakıda avtobuslarla vurulanların sayı 160-a yaxın olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 2012-ci ildə paytaxtda avtobusların iştirakı ilə 70 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 38 nəfər ölüb, 119 nəfər xəsarət alıb.

Əsədov deyib ki, fiziki şəxslərə məxsus avtobusların iştirakı ilə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 6 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Hüquqi şəxslərə məxsus avtobusların iştirakı ilə isə 50 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 32 nəfər ölüb, 90 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, 2011-ci illə müqayisədə ötən il avtobusların törətdiyi yol qəzalarında ölüm 18, xəsarət 53 fakt artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti