...

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 21 Yanvar 2013 08:48 (UTC +04:00)
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, bazar günü saat 21:25 radələrində Zaqatala rayonunun İkinci Tala kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, bazar günü saat 21:25 radələrində Zaqatala rayonunun İkinci Tala kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Rayonun İti Tala kənd sakini Məmmədov Rəşad Yaşar oğlunun idarə etdiyi 10 CC 460 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə Rəşad Məmmədov hadisə yerində həlak olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti