...

Nobel prospektində ağır yol qəzası olub

Hadisə Materials 28 Yanvar 2013 08:00 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakının Nobel prospektində ağır yol qəzası baş verib.
Nobel prospektində ağır yol qəzası olub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu gün səhər saatlarında Bakının Nobel prospektində ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, "VAZ 2109" markalı avtomobil "Toyota Prado" və "Mercedes" markalı maşınlarla toqquşub.

Qəza nəticəsində yolun kənarındakı dirək aşıb. Hadisə nəticəsində xəsarət alanlar var.

Qəza ilə əlaqədar Nobel prospektində tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti