...

Fransız qadın üç qızını öldürdükdən sonra intihar etdi

Hadisə Materials 6 Fevral 2013 17:40 (UTC +04:00)
Gənc fransalı qadın Emili Barro üç azyaşlı qızını öldürdükdən sonra özünü elektrik naqilindən asıb.
Fransız qadın üç qızını öldürdükdən sonra intihar etdi

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Gənc fransalı qadın Emili Barro üç azyaşlı qızını öldürdükdən sonra özünü elektrik naqilindən asıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 22 yaşlı qadının öldürdüyü qızlarından biri 17 günlük südəmər uşaq olub. Digərlərinin isə 2 və 3 yaşları olub.

Emili törətdiyi cinayətdən öncə qohumlarına SMS-lə həyatla haqq-hesab çürütməyə hazırlaşdığını yazıb. Emili iki böyük qızını onlar yatarkən boğub. Südəmər uşağın ölüm səbəbi isə ekspertizadan sonra müəyyənləşəcək.

Fransalı qadın intihardan əvvəl yazdığı məktubda bildirib ki, əri olmadan yaşaya bilmir.

Qadının 24 yaşlı əri Vensan Barro ixtisasca qaynaqçı olub. O, üçüncü övladı dünyaya gəldikdən sonra intihar edib. Belə ki, həyat yoldaşı və uşaqlarını dolandıra bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti