Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/
Gəncə şəhər sakininə qızıl adı ilə qızıl suyuna salınmış metaldan hazırlanan boyunbağılar satmış Tərtər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xdmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər sakini İsgəndər Əliyev Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək, 2012-ci ilin iyun ayında 54,6 qram qızıl suyuna salınmış metaldan hazırlanan 3 ədəd boyunbağını qızıl adı ilə 1600 manata ona satmış şəxsi "Tofaş" markalı avtomaşında gördüyünü bildirib.
Qeyd edilən avtomaşını idarə edən Tərtər rayon sakini Təvəkkül Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomaşına baxış keçirilən zaman qızıl suyuna salınmış metaldan hazırlanmış 5 ədəd boyunbağı və zərgərlik məmulatları üçün nəzərdə tutulmuş 1 ədəd tərəzi götürülüb.
Faktla bağlı araşdırma aparılır.