...

Bakıda sərnişin avtobusu aşıb (FOTO)

Hadisə Materials 26 Fevral 2013 09:51 (UTC +04:00)
Bu gün Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bakıda sərnişin avtobusu aşıb (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Bu barədə Trend-ə çərşənbə axşamı hadisə şahidləri məlumat veriblər.

Yol qəzası nəticəsində avtobus aşıb.

Yol qəzası faktını Nəsimi rayon Polis İdarəsindən də Trend-ə təsdiqləyiblər. Hadisə nəticəsində heç kimin yaralanmadığı bildirilib.

Avtobusda sürücü və bir qadın sərnişin olub.

Yol qəzasının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti