...

Bakıda 3 avtomaşın toqquşub, bir nəfər ölüb

Hadisə Materials 5 Mart 2013 11:49 (UTC +04:00)
Pirşağıda 3 avtomaşın toqquşub, ölən və xəsarət alanlar var.
Bakıda 3 avtomaşın toqquşub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Pirşağıda 3 avtomaşın toqquşub, ölən və xəsarət alanlar var.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 5-i saat 01:15 radələrində Sabunçu rayonunun Pişağı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Məharət Əliyevin idarə etdiyi "Mersedes", Dilşad Əliyevanın idarə etdiyi "VAZ-2103" və Qafar Qafarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə "Mersedes" markalı avtomobilin sərnişini Əziz Ənnağıyev və Q.Qafarov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib, "BMW" markalı avtomobilin sərnişini Aydın Rzayev isə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti