...

Daxili İşlər Nazirliyi deputat Hikmət Atayevin yol qəzası zamanı ölməsi barədə məlumat yayıb

Hadisə Materials 8 Mart 2013 12:15 (UTC +04:00)
Daxili İşlər Nazirliyi deputat Hikmət Atayevin yol qəzası zamanı ölməsi barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyi deputat Hikmət Atayevin yol qəzası zamanı ölməsi barədə məlumat yayıb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi deputat Hikmət Atayevin yol qəzası zamanı ölməsi barədə məlumat yayıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 7-də saat 21.40 radələrində Balakən rayonunun Poşbinə kəndi ərazisində, Hikmət Atayevin idarə etdiyi "VAZ-2106" və Şaban Qardaşovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Hikmət Atayev hadisə yerində ölmüş, xəsarət almış digər sürücü və sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti