...

DİN və Baş Prokurorluq Hindistan vətəndaşını qətlə yetirən şəxsin tutulması barədə birgə məlumat yayıb

Hadisə Materials 15 Mart 2013 13:28 (UTC +04:00)
Fakta görə həmin tarixdə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və martın 14-də cinayət işi həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
DİN və Baş Prokurorluq Hindistan vətəndaşını qətlə yetirən şəxsin tutulması barədə birgə məlumat yayıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Hindistan vətəndaşını qətlə yetirən şəxsin tutulması barədə birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunub ki, martın 9-da saat 11.00 radələrində Bakı şəhəri, N.Rəfiyev küçəsi, 17 A ünvanında Hindistan Respublikası vətəndaşı Çaudhari Binod Kumarın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilir.

Faktla bağlı həmin tarixdə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və martın 14-də cinayət işi həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs - 16.02.1986-cı ildə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Bashir martın 15-də tutularaq istintaqa cəlb olunub.

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla hadisənin başvermə səbəblərinin və digər xüsusatların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti