...

Səfirlik İranda 17 Azərbaycan vətəndaşının saxlanılmasını təkzib etdi (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 Mart 2013 15:36 (UTC +04:00)
İran və Türkiyə sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən 17 Azərbaycan vətəndaşı İran sərhədçiləri tərəfindən saxlanılıb. Bunu İranın İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verib.
Səfirlik İranda 17 Azərbaycan vətəndaşının saxlanılmasını təkzib etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Cəfərov/

İran sərhədçiləri tərəfindən 17 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu Trend-in sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

İran polisi Qərbi Azərbaycanın Maku şəhəri ərazisində Türkiyəyə getmək istəyən, yolunu azaraq soyuq hava, qar və çovğunda qalan 17 əcnəbi vətəndaşa yardım edib. Onlar həbs olunmayıblar. Həmin əcnəbilərdən 2 nəfər qadın Azərbaycan vətəndaşı, digərləri isə Əfqanıstan və Pakistan vətəndaşları olublar. Əcnəbi vətəndaşlara yardım göstərildikdən sonra onlar İran ərazisini tərk ediblər və hazırda İranda deyillər.

Qeyd edək ki, İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari bildirmişdi ki, İran və Türkiyə sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən 17 Azərbaycan vətəndaşı İran sərhədçiləri tərəfindən saxlanılıb.

Zülfüqari deyib ki, saxlanılan şəxslərdən 15-i kişi və 2-si isə qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti