...

Azərbaycanda bir gündə 6 nəfər “yol terroru”nun qurbanı oldu

Hadisə Materials 18 Mart 2013 13:15 (UTC +04:00)
Azərbaycanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Azərbaycanda bir gündə 6 nəfər “yol terroru”nun qurbanı oldu

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bazar günü Azərbaycanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6-sı isə yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti