Azərbaycan, Bakı, 18 mart /Trend/
Məhkəmə soyğunçuluq maddəsi ilə ittiham olunan, Moskvada qətli sifariş edilən Ermənistandan olan cinayətkar qruplaşmanın lideri Suser Madatyanı həbs edib. Bu barədə Trend Rusiya DİN-ə istinadən məlumat verir.
Bir müddət əvvəl polis Suserə qarşı sui-qəsd hazırlayan dağıstanlı killerin saxlanması barədə məlumat yaymışdı. Maraqlıdır ki, bu əməliyyat nəticəsində Suserin üzərindən saxta pasport tapılmışdı.
"Suser "Kürən Akop" ləqəbi ilə tanınan kriminal avtoritet Akop Meliksetyan tərəfindən planlaşdırılan bir sıra şəxslərin oğurlanmasında iştirakda şübhəli bilinir", - polisin məlumatında deyilir.
Meliksetyan 2010-cu ildə 17 il müddətinə həbs olunub.
"Suser soyğunçuluq üzrə 10 ildən çox federal axtarışda olub. Hazırda onun haqqında həbs qətimkan tədbiri seçilib", - məlumatda qeyd olunur.
İndi hüquq-mühafizə orqanları əməkdaşları qətlin sifarişçisini müəyyənləşdirməlidirlər.