Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Martın 19-na keçən gecə saat 00.30 radələrində Sumqayıtda ağır yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, ikisi yaralanıb.
DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Sumqayıt şəhəri ərazisində, şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" və Bakı şəhər sakini Vitali Sarayevin idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub.
Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb. Onun özü və V.Sarayev isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyəti orta ağırdır.