...

Gəncə sakini 8 kq marixuananı satmaq istəyərkən yaxalanıb

Hadisə Materials 25 Mart 2013 17:09 (UTC +04:00)
Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 79, mənzil 34-də passport qeydiyyatında olan Sərdar Cəlal oğlu Aslanov narkotik vasitə olan marixuananı 3.000 ABŞ dollarına satmaq istəyərkən yaxalanıb.
Gəncə sakini 8 kq marixuananı satmaq istəyərkən yaxalanıb

Azərbaycan, Bakı, 25 mart /Trend/

Gəncə sakini 8 kq marixuananı satmaq istəyərkən yaxalanıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin əməkdaşları Gəncə və Şəmkir ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik satıcısını ələ keçirib. Saxlanılan şəxsdən 8 kiloqram 100 qr narkotik vasitə olan marixuana götürülüb.

Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 79, mənzil 34-də passport qeydiyyatında olan Sərdar Cəlal oğlu Aslanov narkotik vasitə olan marixuananı 3.000 ABŞ dollarına satmaq istəyərkən yaxalanıb.

Saxlanılan şəxs barəsində toplanan maddi sübut və material Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinə təhvil veriləcək.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi Rafael İsmayılov jurnalistlərə bildirib ki, hazırda onun ətrafında əməliyyat axtarış tədbirləri davam edir.

"Bizdə olan məlumatlara görə, o digər cinayətlərdə də iştirak edib. Onun digər cinayətlərdə əlinin olub-olmaması istintaqın gedişatı nəticəsində məlum olacaq" İsmayılov bildirib.

Saxlanılan şəxs marixuananı istifadə məqsədi ilə deyil, satmaq üçün yığmasını etiraf edib. Sərdar Aslanovun barəsində
Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti sübuta yetirilərsə onu 5 ildən 12 ilə kimi məhbus həyatı gözləyir. 54 yaşlı Sərdar Aslanov əvvəllər də soyğunçuluq və xuliqanlıq etdiyi üçün məhkum olunub.

Xatırladaq ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsidə mart ayı ərzində 15 kq narkotik vasitə dövriyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti