...

Bakı-Quba yolundakı körpüdə avtomobillərin hərəkəti bərpa olunub

Hadisə Materials 29 Mart 2013 09:37 (UTC +04:00)
Bakı-Quba yolundakı Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün açıqdır.
Bakı-Quba yolundakı körpüdə avtomobillərin hərəkəti bərpa olunub

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün açıqdır.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, hazırda körpü açıqdır, hər iki istiqamətdə hərəkət var.

O qeyd edib ki, hazırda "Azəryolservis" ASC-nin mütəxəssisləri körpünü yoxlayırlar.

Qeyd edək ki, ötən gün şahidlərin Trend-ə verdiyi məlumata görə, Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün təhlükəli olduğundan bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti