...

Şəkidə mikroavtobus qəza törədib

Hadisə Materials 29 Mart 2013 09:55 (UTC +04:00)
Şəkidə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Şəkidə mikroavtobus qəza törədib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Şəkidə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Trend "Kanal S"ə istinadən xəbər verir ki, martın 29-da səhər saat 07.00 radələrində Şəkidə yol qəzası baş verib. Qəzada mikroavtobus minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Qəza Sabit Rəhman və Aydın Məmmədov küçələrinin kəsişməsində baş verib.

Hadisə zamanı Şəki şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "55-BX-194" dövlət nömrə nişanlı "Vaz 2104" markalı avtomobil, Aşağı Göynük kənd sakininin idarə etdiyi "10-KK-334" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobusla toqquşub. Toqquşmadan sonra əyləci sıradan çıxan mikroavtobus sürətini azalda bilməyib və yolun kənarında dayanmış piyada Fərhad Əhmədovu vurub. Daha sonra səddə dəyən mikroavtobus Aydın Məmmədov küçəsindəki ağaca çırpıldıqdan sonra dayanıb. Nəticədə "VAZ-2104" markalı avtomobilin sürücüsü Cavanşir Məmmədov və piyada Fərhad Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili təxirə salınmaz tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Xəstələrə ilkin tibbi yardım göstərilib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəki şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti