...

Naxçıvan sakini silah-sursatı təhvil verdi

Hadisə Materials 29 Mart 2013 17:07 (UTC +04:00)
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakini Talıb Həsənov tapdığı 1 ədəd nömrəsi silinmiş "AKM" markalı avtomatı, 2 ədəd nömrəsi silinmiş "TOZ-8" markalı tüfəngi, 1 ədəd xaricdə istehsal olunan nömrəsi silinmiş tapançanı, 1 ədəd nömrəsi silinmiş qaz tapançasını, 1 ədəd qumbaranı və 551 ədəd muxtəlif çarlı patronu könüllü olaraq Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsinə təhvil verib.
Naxçıvan sakini silah-sursatı təhvil verdi

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Sədərək rayon sakini tapdığı silah-sursatı təhvil verib.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakini Talıb Həsənov tapdığı 1 ədəd nömrəsi silinmiş "AKM" markalı avtomatı, 2 ədəd nömrəsi silinmiş "TOZ-8" markalı tüfəngi, 1 ədəd xaricdə istehsal olunan nömrəsi silinmiş tapançanı, 1 ədəd nömrəsi silinmiş qaz tapançasını, 1 ədəd qumbaranı və 551 ədəd muxtəlif çarlı patronu könüllü olaraq Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsinə təhvil verib.

Faktla tapılan silahların əvvəllər kimə məxsus olduğuna dair araşdırma aparılır, onların hansısa cinayət əməllərində istifadə edilib-edilmədiyinə dair ballistik ekspertiza təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti