Azərbaycan, Bakı, 30 mart /Trend/
Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində səhər saatlarında bıçaqlanma hadisəsi qeydə alınıb. Heydər Əliyev prospekti 27, mənzil 5-də qeydiyyatda olan Samir Gərayov döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib.
Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb.