...

Şamaxıda partlayış baş verib, jurnalist xəsarət alıb

Hadisə Materials 15 Aprel 2013 09:30 (UTC +04:00)
Şamaxı şəhərində partlayış baş verib, bir nəfər yaralanıb.
Şamaxıda partlayış baş verib, jurnalist xəsarət alıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Şamaxı şəhərində partlayış baş verib, bir nəfər yaralanıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, partlayış nəticəsində evin bir otağı tamamilə dağılıb, digər otaqlara ziyan dəyib.

Ev sahibi, 1961-ci il təvəllüdlü Ələkbərzadə Çingiz Həmzə oğlu isə müxtəlif yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib. Bədəninin müxtəlif nahiyyələrindən II və III dərəcəli yanıq diaqnozu qoyulan xəstənin vəziyyəti sonradan daha da ağırlaşdığı üçün o, təcili olaraq Bakı şəhərinə aparılıb.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi deyilir. Belə ki, ev sahibi evin qızdırılması üçün quraşdırılan qaz cihazını işə salarkən ehtiyatsızlıq edib və cihazın içinə dolmuş qaz partlayışa səbəb olub.

Onu da qeyd edək ki, Çingiz Ələkbərzadə "Ədalət" qəzetinin bölgə müxbiridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti