...

Bakıda yük avtomobili 12 ədəd ikiqat əyrixəttli tiri sıradan çıxarıb

Hadisə Materials 30 Aprel 2013 11:56 (UTC +04:00)
Bakı dairəvi 1 avtomobil yolununun Bakı-Rusiya sərhəddi avtomobil yoluna birləşən hissəsində “scania” markalı iri-qabaritli nəqliyyat vasitəsi təxminən səhər saat 10 radələrində idarəetməni itirərək yolun kənarındakı əyrixətli tirə çırpılıb.
Bakıda yük avtomobili 12 ədəd ikiqat əyrixəttli tiri sıradan çıxarıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

"Bakı dairəvi -1" avtomobil yolunun Bakı-Rusiya sərhədi avtomobil yoluna birləşən hissəsində "Scania" markalı iri qabaritli nəqliyyat vasitəsi təxminən səhər saat 10 radələrində idarəetməni itirərək yolun kənarındakı əyrixətli tirə çırpılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, hadisə nəticəsində 12 ədəd ikiqat əyrixəttli tir sıradan çıxıb.

"Nəzərə alsaq ki, əyrixətli tirin birinin uzunluğu dörd metrdir, 48 paqonmetr ikiqat əyrixəttli tir sıradan çıxıb, təxminən yol təsərrüfatına 6700 manata yaxın ziyan dəyib", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, "Azəryolservis" ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində olub və baş vermiş qəzanı aktlaşdırıb.

Qeyd edək ki, 2012-ci il ərzində yol təsərrüfatına 3 milyon manata yaxın ziyan dəyib və bu günə qədər də təqsirkarların ödədiyi məbləğin miqdarı təxminən 44 min manatdan bir qədər artıqdır. Məhkəmə qərarının olmasına baxmayaraq, təqsirkarlar dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti