Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanda mayın 1-də avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün 5 yanğın hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər ölüb.
Ümumilikdə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.