...

Kaliforniyada 3 min evin sakini meşə yanğınlarına görə köçürülüb

Hadisə Materials 4 May 2013 02:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Kaliforniyada 3 min evin sakini meşə yanğınlarına görə köçürülüb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsində mindən artıq yanğınsöndürən iştirak edir.

Məlumatda deyilir ki, Los-Ancelesdən 80 kilometr şimal istiqamətindəki meşələri od tutub, 15 tikili məhv olub.

ABŞ-ın cənub-qərb hissəsindən keçən Pasific-Coast yolunun böyük hissəsi bağlanıb.

"Bu, cari ildə ən dəhşətli yanğındır" - deyə TV-lər bildirir.

Metereoloqlar proqnozlaşdırır ki, qarşıdan gələn yay fəsli daha isti və quru keçəcək.

Ona görə də, ən çox cənub ştatların hökumətləri baş verə biləcək yanğınlarla mübarizəyə hazırlaşır.

Bununla yanaşı, meşə yanğınları Nyu-Yorkda, Vermontda, Massaçusetsdə, Nyu-Hempşirdə və Konnektikutda ola bilər.

Xəbər lenti

Xəbər lenti