...

2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 9 May 2013 06:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may / Trend /

2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının eyvanından 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilən zaman uşaqların yatmış vəziyyətdə olduqları müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti