Azərbaycan, Bakı, 21 may /Trend, müxbir S.Əbubəkirova/
ABŞ-ın pilotsuz təyyarəsinin Əfqanıstanın Kapisa əyalətinə endirdiyi zərbə nəticəsində ən azı 8 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb. Bu barədə Trend Press TV-yə istinadən məlumat verir.
Hücum bazar ertəsi ölkənin şərqində əyalətin Taqab rayonunda həyata keçirilib.
Proqnoza görə, ölənlərin sayı artacaq.
Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.