...

İrandan Azərbaycana gələn şəxsin əl yükündən süngü-bıçaq çıxdı

Hadisə Materials 24 May 2013 19:04 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Pərviz Şabanovun əl yüklərinə “Heyman Sistem” rentgen aparatında baxış keçirilib.
İrandan Azərbaycana gələn şəxsin əl yükündən süngü-bıçaq çıxdı

Azərbaycan, Bakı, 24 may /Trend/

İrandan Azərbaycana gələn şəxsin əl yükündən süngü-bıçaq çıxıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Pərviz Şabanovun əl yüklərinə "Heyman Sistem" rentgen aparatında baxış keçirilib.

Bu zaman həmin vətəndaşın çamadanından gömrük nəzarəti zamanı bəyan etmədiyi, təqribi uzunluğu 30 sm olan və "Kalaşnikov" konstruksiyalı avtomat silahın komplekt hissəsinə aid - bir tərəfi kəsici, ucu batıcı xassəyə malik süngü-bıçaq aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti