Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:56-da yayılıb)
Azərbaycan, Bakı, 25 may /Trend/
Mahaçqalada Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında terrorçu-intiharçının özünü partlatması nəticəsində bir nəfər ölüb, 12 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Dağıstan DİN-in nümayəndəsi RİA Novosti-yə bildirib.
İlkin araşdırmalara görə, DİN-in binası qarşısında baş vermiş hadisə nəticəsində terrorçu həlak olub. Bir polis əməkdaşı xəstəxanaya aparılarkən yolda ölüb, 12 nəfər (ikisi qadın), o cümlədən 5 polis işçisi yaralanıb.
İlkin məlumata görə, partlayışı qadın törədib.
Bundan əvvəl 8 nəfərin xəsarət aldığı bildirilirdi.