Azərbaycan, Bakı, 29 may /Trend/
ABŞ-ın Merilend ştatında relsdən çıxan və yanan yük qatarının vaqonlarında zəhərli maddələr olmayıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə qəzanın baş verdiyi Baltimor dairəsinin polisi xəbər yayıb.
Kimyəvi preparatlarla dolu qatar Baltimorda yük avtomobili ilə toqquşduqdan sonra relsdən çıxıb. Ümumilikdə 15 vaqon aşıb. Maşinist və onun köməkçisi xəsarət almayıb, avtomobilin sürücüsünün vəziyyəti isə ağırdır. Hadisədən sonra vaqonlarda hansı yükün olduğunu dərhal aydınlaşdırmaq mümkün olmayıb.
Polisin məlumatına görə, Yanğın Departamentinin nümayəndələri qatarda kimyəvi preparatların zəhərli olmadığını təsdiq ediblər.