Azərbaycan, Bakı, 3 iyun /Trend/
Trend Regional TV-yə istinadən məlumat verir ki, Quba şəhəri Ağamalı küçəsində yanan evdə, evin sahibi 1963-cü il təvəllüdlü İsazadə Bəsti Raqib qızının cəsədi tapılıb.
Hadisə zamanı onun yanaraq dünyasını dəyişdiyi bildirilib.
Hazırda fakt araşdırılır.