...

Londonda məscid və İslam mədəniyyət mərkəzi yandırılıb

Hadisə Materials 5 İyun 2013 17:55 (UTC +04:00)
Bu gün Londonun şimalında məscid və İslam mədəniyyət mərkəzi yandırılıb.
Londonda məscid və İslam mədəniyyət mərkəzi yandırılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bu gün Londonun şimalında məscid və İslam mədəniyyət mərkəzi yandırılıb. Trend-in məlumatına görə, bu barədə İTAR TASS "Sky News" telekanalına istinadən xəbər verir.

Telekanal məlumat verir: "Yanğın təxminən səhər saatlarında baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə altı yanğınsöndürən maşın cəlb olunub. Lakin bina tamamilə yanıb".

Bir sıra şahidlər bildirirlər ki, yanğından əvvəl partlayışa oxşar səs eşidilib.

Polis yanğının baş vermə səbəblərini araşdırmağa başlayıb.

Hadisənin "irqi zəmində" törədildiyi güman edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti