...

ABŞ kəşfiyyatı: Suriyada kimyəvi silahın tətbiqi nəticəsində 150-dək insan ölüb

Hadisə Materials 14 İyun 2013 03:02 (UTC +04:00)
Suriya hakimiyyətinin müxaliflərə qarşı kimyəvi silahdan istifadə etməsi nəticəsində 150 nəfər ölüb.
ABŞ kəşfiyyatı: Suriyada kimyəvi silahın tətbiqi nəticəsində 150-dək insan ölüb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Suriya hakimiyyətinin müxaliflərə qarşı kimyəvi silahdan istifadə etməsi nəticəsində 150 nəfər ölüb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib.

Rods bəyan edib: "Bizim kəşfiyyatın dəqiq məlumatına görə, Əsəd rejimi kiçik miqyaslarda və bir çox hallarda ötən il müxaliflərə qarşı zarin sinir-paralitik qaz tətbiq etməklə kimyəvi silahdan istifadə edib".

Onun sözlərinə görə, kəşfiyyat çoxsaylı və azad informasiya mənbələrinin mövcudluğunu nəzərə alaraq, bu məsələdə son dərəcə əmindir: "Suriyada kimyəvi silahın tətbiqi nəticəsində indiyədək 100-dən 150-dək insan ölüb. Zərərçəkmişlər barədə məlumatlar natamam ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti