...

Ad günü ölümlə nəticələnib

Hadisə Materials 14 İyun 2013 23:05 (UTC +04:00)
Samux rayonu Kür çayı sahilində ad günü şənliyi ölümlə nəticələnib, Yevlax rayon sakini Kəmalə Hüseynova çayda batıb.
Ad günü ölümlə nəticələnib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Samux rayonu Kür çayı sahilində ad günü şənliyi ölümlə nəticələnib, Yevlax rayon sakini Kəmalə Hüseynova çayda batıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Samux rayonunun Qədili kəndində baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu axtarışa başlayıb. 4 dalğıc-xilasediciləri hadisə yerində axtarışları davam edir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti