...

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 17 İyun 2013 14:06 (UTC +04:00)
Şirvan şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Şirvan şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 16-da Şirvan şəhəri, H.Əliyev prospektində şəhər sakini Rəşid Vəliyev idarə etdiyi "VAZ 21041" markalı avtomaşınla yolu keçən həmyerliləri Gülarə Məmmədovanı və Zülfiyyə Orucovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb. Xəsarət almış Z.Orucova isə xəstəxanaya yerləşdirilib.

Şirvan Şəhər Polis Şöbəsi faktla bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti