Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 25-də saat 03.45 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Etibar İsgəndərov idarə etdiyi "Hyundai" markalı avtomaşını yolun kənarında saxlanılmış "Shacman" markalı avtomaşına vurub.
Nəticədə İsgəndərov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.