...

Siyəzən sakini qohumunun üstündən avtomobillə keçərək onu öldürüb

Hadisə Materials 28 İyun 2013 10:04 (UTC +04:00)
Siyəzən rayonunun Həmyə kəndi ərazisində dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib.
Siyəzən sakini qohumunun üstündən avtomobillə keçərək onu öldürüb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Siyəzən rayonunun Həmyə kəndi ərazisində, dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən şəhər sakini mübahisə zəminində həmyerlisini öldürüb. Sözləri düz gəlməyən 36 yaşlı Siyəzən şəhər sakini Ələsgərov İlham Ələjdər oğlu və həmyerlisi 39 yaşlı Məmmədov İsrafil Dadaş oğlu öz aralarında yaranan mübahisəyə son qoymaq məqsədilə dəniz sahilinə gəliblər.

İyunun 28-də gecə saat 2:00 radələrində rayonunun Həmyə kəndi ərazisində dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib.

Məmmədovun qohumlarının verdiyi məlumata görə, İlham Ələsgərov həmyerlisini döydükdən sonra idarə etdiyi "90-RD-246" qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə onun üstündən keçib.

İsrafil Məmmədovun meyiti müayinə edilmək Xaçmaz rayon morquna gətirilib.

Əldə etdiyimiz məlumata görə, mübahisə Həmyə kəndində bu gün olacaq toy ərəfəsində baş verib. O da məlum olub ki, mübahisə edənlər əslində yaxın qohumdurlar. Belə ki, İlham Ələsgərov bu gün toyu olacaq gəncin dayısı, İsrafil Məmmədov isə əmisidir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti