...

Tovuzdakı ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum oldu

Hadisə Materials 28 İyun 2013 11:56 (UTC +04:00)
Tovuzda iki minik avtomobilinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfərin və 2 yaralının şəxsiyyəti məlum olub. Sürücülərdən biri polis əməkdaşıdır.
Tovuzdakı ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum oldu

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Tovuzda iki minik avtomobilinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfərin və 2 yaralının şəxsiyyəti məlum olub. Sürücülərdən biri polis əməkdaşıdır.

Trend Türkel TV-yə istinadən bildirir ki, ötən gün gecə saat 00:25 radələrində Bakı-Qazax avtomagirstralının 419-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakı istiqamətində hərəkətdə olan Qazax rayon sakini Rüfət Əfəndiyevə məxsus "VAZ 21015"
markalı minik avtomobili ilə Tovuz rayon sakini, polis əməkdaşı Anar Rəhimova məxsus "Opel Vectra" markalı avtomaşınla toqquşub.

Hadisə zamanı "VAZ"da sərnişin qismində olan Qazax rayon sakinləri - Zöhrab Əfəndiyev, Bayram Mərdanov, Kişirla Xasməmmədov ölüblər.

Digər avtomobildə olan 1980-ci il təvəllüdlü Rüfət Əfəndiyev və Anar Rəhimov xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, "VAZ 21015" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişinin meyiti hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsində yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti