...

Gürcüstanın Qara dəniz sahillərində ölü delfinlər tapılıb

Hadisə Materials 30 İyun 2013 05:17 (UTC +04:00)
Gürcüstanın Qara dəniz kurortu Anakliyanın sahillərində 7 ölü delfin tapılıb.
Gürcüstanın Qara dəniz sahillərində ölü delfinlər tapılıb

Gürcüstan, Tbilisi, 30 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Qara dəniz kurortu Anakliyanın sahillərində 7 ölü delfin tapılıb.

Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, ölü delfinləri "Yaşıl qurşaq" təbiətin mühafizəsi təşkilatının əməkdaşları tapıblar.

İlkin versiyaya görə, delfinlər balıqçıların toruna düşərək ölüblər. Delfinləri sudan çıxaran balıqçılar onları sahildə atıblar.

Delfinlərin qeyri-qanuni ovun qurbanı olması da ehtimal edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti