Azərbaycan, Bakı, 30 iyun /Trend/
Xəzərdə bir nəfər batmaq təhlükəsi ilə üzləşib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonu, Nabran kəndində dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.