Azərbaycan, Bakı, 1 iyul /Trend/
Gəncənin Məhsəti qəsəbəsində ehtiyatsızlıq üzündən bədbəxt hadisə baş verib.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Kəlbəcər rayon sakini, 58 yaşlı Sədaqət Məmmədyarova həyətində məişət tullantılarını yandırmaq istəyərkən, ehtiyatsızlıqdan üstünə tökülən neft alışıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.