Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/
Sumqayıtda və Lənkəranda dəniz çimərliyində 2 nəfər boğulub.
Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 1-də Sumqayıt şəhərinin dəniz çimərliyində şəhər sakini Taleh Ələkbərovun suda boğulmuş meyiti tapılıb.
Digər analoji hadisə isə Lənkəranda qeydə alınıb. Belə ki, iyulun 1-də Lənkəran rayon sakini Cavid Hüseynov Sütəmurdov kəndi ərazisində dənizdə çimərkən boğulub. Hüseynovun meyiti sudan çıxarılıb.