...

43 yaşlı Siyəzən sakini kanalda boğuldu

Hadisə Materials 4 İyul 2013 09:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 3-ü, axşam saatlarında Siyəzəndə bədbəxt hadisə baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən şəhər sakini 43 yaşlı Tanrıverdi Kamilov "Xan arxı" su kanalına yıxılıb. Nəticədə o, boğularaq ölüb.

Kamilovun meyiti Xaçmaz Rayon Morqunda müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti