...

Ötən gün 6 nəfər "yol terroru"nun qurbanı olub

Hadisə Materials 6 İyul 2013 15:18 (UTC +04:00)
İyulun 5-də respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 6 nəfər ölüb.
Ötən gün 6 nəfər "yol terroru"nun qurbanı olub

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İyulun 5-də respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 6 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Ümumilikdə ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 55 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər"lə açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti