...

İordaniyadan havaya qalxan təyyarə Təl-Əvivdə məcburi eniş edib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 11 İyul 2013 14:25 (UTC +04:00)
İordaniyadan havaya qalxan Yunanıstana məxsus təyyarənin təcili enişi ilə əlaqədar Təl-Əviv hava limanında fövqəladə vəziyyət elan edilib.
İordaniyadan havaya qalxan təyyarə Təl-Əvivdə məcburi eniş edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Tağıyeva/

İyulun 11-də İordaniyadan Yunanıstana istiqamət alan Yunanıstan aviaşirkətinin təyyarəsi Təl-Əviv hava limanında təcili eniş edib. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verib.

Enişlə əlaqədar olaraq, İsrailin Ben-Qurion aeroportunda fövqəladə vəziyyət elan edilib.

Məlumatda bildirilir ki, təyyarənin göyərtəsində 168 sərnişin var.

Məlumata görə, təyyarənin məcburi enişi uğurla başa çatıb və sərnişinlərdən xəsarət alan olmayıb.

Təcili enişin səbəbləri hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti