...

Şəmkirdə VAZ-la "Mercedes" toqquşub, ölən və xəsarət alan var

Hadisə Materials 20 İyul 2013 13:40 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da saat 21:30 radələrində Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində kənd sakini Tural Kazımovun idarə etdiyi "VAZ-2107" markalı və Gəncə şəhər sakini Xəyal Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.
Şəmkirdə VAZ-la "Mercedes" toqquşub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da saat 21:30 radələrində Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində kənd sakini Tural Kazımovun idarə etdiyi "VAZ-2107" markalı və Gəncə şəhər sakini Xəyal Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Tural Kazımov və sərnişini, Əliyaqublu kənd sakini Ülvi Kərimov xəstəxanaya yerləşdiriliblər. Lakin Ülvi Kərimovun həyatını xilas etmək mümkün olmadığından sonuncu xəstəxanada ölüb.

Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti