...

Ötən gün Azərbaycanda 5 nəfər "yol terroru"nun qurbanı olub

Hadisə Materials 20 İyul 2013 13:54 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Ötən gün Azərbaycanda 5 nəfər "yol terroru"nun qurbanı olub

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Ötən gün respublikanın yollarında baş verən qəzalarda 5 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti